Sərxoş və vəsiqəsiz yaxalanan “Blok3”ə hökm oxundu

Türkiyəli reper “Blok3” ləqəbi ilə tanınan Hakan Aydın sərxoş və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün cəzalandırılıb.
Avtosfer.az xəbər verir ki, sənətçi “Yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib. Cəza sonradan 4 aya endirilib və 12 min türk lirəsi məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.
Hakan Aydın İstanbulun Ataşehir rayonunda keçirilən yol polisi yoxlaması zamanı saxlanılıb. Yoxlama zamanı onun 1,14 promil spirtli olduğu və sürücülük vəsiqəsinin olmadığı müəyyənləşib. Reperə 23 min 437 türk lirəsi inzibati cərimə tətbiq edilib, idarə etdiyi avtomobil isə yol hərəkətindən kənarlaşdırılıb. Hadisədən sonra H.Aydın barəsində “Yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” maddəsi ilə araşdırma başlanıb. İş üzrə sürətli məhkəmə proseduru tətbiq edilib.
Nəticədə ona verilən 8 aylıq həbs cəzası 4 aya endirilib. Daha sonra bu cəza 12 min türk lirəsi məbləğində məhkəmə cəriməsinə çevrilib./yenisabah/
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












