Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənan - Bu qədər həbs cəzası aldı

Külli miqdarda dələduzluqda təqsirləndirilən bloger Kənan Balahəsənlinin məhkəməsi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə K.Balahəsənli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib.
İnformasiya texnologiyaları sahəsində mütəxəssis olan və instaqramda 260 min izləyicisi olan Kənanın “EKOİN” adlı kriptovalyuta elektron ticarəti ilə məşğul olduğu və qazanc əldə etmək vədi ilə sevgi münasibətində olduğu qadından 93 500 manat, digər 4 nəfərdən isə 14 min manata yaxın pul alaraq ələ keçirdiyi müəyyən edilib.
Zərərçəkmiş şəxslər ifadələrində K.Balahəsənlinin özünü dövlət qurumlarının İT mütəxəssisi kimi təqdim etdiyini və buna inanaraq pul verdiklərini qeyd ediblər.
Məhkəmənin hökmü ilə Kənan Balahəsənliyə 6 il 6 ay həbs cəzası verilib.
Onun keçmiş sevgilisi E.İsgəndərovanın mülki iddiası da təmin edilib. Kənandan 93 500 manat pulun tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə qərar verilib.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












