Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular

İyunun 21-də Bakıda qeyri-adi hadisə baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ictimai yerdə sevgilisini təhqir edən şəxs inzibati məsuliyyətə cəlb edilib.
Belə ki, 1990-cı il təvəllüdlü Anar Kərimov (soyadlar şərtidir) sevgilisi Aytac Əhmədova və dostları ilə birgə qəsəbədəki restoranlardan birinə gedib. Onlar burada yeyib-içdikdən sonra Anar spirtli içkinin təsiri altında dostları ilə mübahisə edib. Anar Aytacdan ona məxsus maşınla dostlarını evə aparmasını istəyib.
Aytac isə avtomobilin açarını götürərək Anarın avtomobili ilə restorandan təkbaşına gedib. Bir qədər sonra avtomobilin yol polisi tərəfindən saxlanıldığı məlum olub. Anar dərhal həmin yerə gedərək mübahisə yaradıb, Aytacı söyərək təhqir etməyə başlayıb.
İctimai yerdə asayişi pozan 35 yaşlı kişi polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində inzibati protokol tərtib edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda təqsirli bilinən şəxsə 50 manat cərimə tətbiq edilib və o sərbəst buraxılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












