Şimal-Cənub dəhlizi üzrə yükdaşımalarda artım müşahidə olunur

"Bu ilin ilk 9 ayı ərzində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8.3% artıb".
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu dəhliz iqtisadi və ticarət əlaqələrinin inkişafında böyük rol oynayır:
"Azərbaycan həm İran, həm də Rusiya ilə quru sərhədlərə malik yeganə ölkə kimi Şimal-Cənub nəqliyyat dəhlizinin qərb hissəsində strateji mövqe tutur. Bu coğrafi üstünlük Azərbaycana dəhlizin səmərəli fəaliyyəti və regionda nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynamağa imkan verir".
Baş nazirin müavini bildirib ki, ölkələrin birgə fəaliyyəti bu dəhlizin səmərəliliyinin və tranzit imkanlarının artırılmasına yönəlib:
"2022-ci ilin sentyabr ayında Bakıda keçirilən üçtərəfli görüşün yekunlarına dair imzalanmış Bakı Bəyannaməsində dəhliz üzrə yükdaşımaların həcminin 15 milyon tona çatdırılması nəzərdə tutulub".
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












