Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti UZADILDI

Şimali Kiprin Girnə sahillərində avqustun 30-da baş vermiş "Filo Jet" gəmi faciəsi ilə bağlı məhkəmə və istintaq prosesi davam edir.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən Oxu.Az-a bildirilib ki, faciə zamanı gəminin heyətində Azərbaycan Respublikasının üç vətəndaşı - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov olub. Onların gəmidə müvafiq olaraq matros, yağlayıcı və köməkçi heyət vəzifələrində çalışdıqları bildirilir.
Hadisə ilə bağlı saxlanılan 9 şəxsin məhkəmə prosesi davam edir. Sentyabrın 25-də keçirilən iclasda onların daha 7 gün müddətinə polis nəzarətində saxlanılmasına qərar verilib.
Məhkəmədə polis tərəfindən verilən məlumata görə, istintaq çərçivəsində indiyədək 320-dən artıq şəxsin ifadəsi alınıb. Araşdırmada gəminin texniki vəziyyəti, xüsusilə baş bodoslama hissəsində iyunun 17-də baş verdiyi bildirilən zədələnmə və sonrakı təmir işləri diqqət mərkəzindədir.
Bildirilib ki, həmin zədənin və təmirin gəminin batmasına təsirinin olub-olmaması araşdırılır. Həmçinin təmir barədə aidiyyəti qurumlara məlumat verilib-verilmədiyi və təmirdən sonra gəminin neçə dəfə səfərə çıxdığı müəyyənləşdirilir.
Fəlakət nəticəsində 239 nəfərin xilas edildiyi, 15 nəfərin meyitinin aşkarlandığı, 13 nəfərin isə itkin olduğu bildirilir. Hazırda sualtı axtarışlar davam etdirilir. "Optimus Prime" gəminin qara qutusu və VDR qeyd cihazının tapılması istiqamətində iş aparır.
İstintaq çərçivəsində sahilə çıxan 17 gəmi detalının ekspertizaya göndərilməsi, həmçinin Türkiyədə, o cümlədən Adanadakı gəmi təmiri müəssisəsində araşdırma aparılması planlaşdırılır.
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti faciənin bütün səbəb və hallarının hərtərəfli və obyektiv araşdırılmasını, həmçinin Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun hüquqlarının qorunmasını diqqətdə saxladığını bildirib.
Qeyd edək ki, saxlanılan şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı ilə müəyyən edilməyib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












