Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO

2024-cü ildə Kursk vilayətindəki döyüşlərdən sonra Şimali Koreya hərbçilərinin Rusiya-Ukrayna müharibəsində iştirakına şübhə qalmadı.
Avtosfer.az xarici mənbələrə istinadla xəbər verir ki, müharibədə 6 minədək koreyalı hərbçi ölüb, yaralanıb, itkin və əsir düşüb. Yaxın vaxtlarda isə Şimali Koreyanın Rusiyadakı hərbi kontingentin sayını 50 min nəfərə çatdırması planlaşdırılır. Bəs rəsmi Pxenyan əsgərlərini ölümə göndərməkdə hansı məqsədi güdür?
Cənubi koreyalı ekspertlərin fikrincə, söhbət ilk növbədə puldan gedir. “Beynəlmiləl borcunu” yerinə yetirən (sovet ordusu Əfqanıstana da bu adla girmişdi – müəl.) hərbçi Pxenyan üçün gəlir mənbəyidir. Rusiya hər bir koreyalı əsgər üçün ayda 2800 dollar, zabit üçün 3000 dollar ödəyir. Yaralanan və ölən hərbçilər üçün kompensasiya qiyməti isə 6000 – 10 000 dollar arası dəyişir. Bu vəsaitin cüzi bir hissəsi ölən hərbçilərin ailələrinə çatır. Lakin Kim Çen In bu yolla büdcəni doldura bilir. Pek görüntüləri Pxenyan və digər şəhərlərdə ciddi tikinti işlərinin başladığını göstərir.
Paytaxtda avtomobil sayı da artır.
Digər tərəfdən, Şimali Koreya Rusiyaya silah sataraq kifayət qədər vəsait əldə edib. Koreyadan Rusiyaya ballistik raketlərin göndərilməsi davam edir. Bu həm də 2 ölkə arasında texnologiya mübadiləsinə imkan verir.
Üçüncü məsələ təcrübədir. Şimali Koreya ordusu çox ciddi təlim görsə də, döyüş təcrübələri azdır. Onlar dron kimi müasir silahların qarşısında acizdirlər. Ukrayna müharibəsində iştirakla KXDR hərbçiləri həm də müasir döyüş təcrübəsi qazanırlar.
Vüqar
ğ
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












