“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir?

5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işləri artıq bir-bir məhkəmə baxışına təqdim edilir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ibtidai istintaqı bitənlərdən biri Məhərrəmov Fariz Ramiz oğludur.
Fariz Məhərrəmov rəsmi olaraq heç bir dövlət qurumunda çalışmayıb. İttihamda yazılıb ki, Fariz xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə ittiham edilir. Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub.
Qeyd olunan əməlinə görə ona Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilsə, onu 10 ildən həbs cəzası gözləyir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs həbsdə mühakimə ediləcək.
Qeyd edək ki, bu hadisə epizodların və təqsirləndirilən şəxslərin sayına görə ötən il üstü açılan ən böyük cinayət işlərindən biridir. Faktla bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər həbs ediliblər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












