Şirkət direktoru 110 min manatlıq dələduzluq edib

"Marthvvood" MMC-nin direktoru Teymur Məhərrəmov dələduzluq əməlinə görə cəzalandırılıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, ittihama görə o, mebel düzəldəcəyi vədi ilə bir neçə nəfərə qarşı dələduzluq edib. Dəymiş ziyanın ümumi məbləğinin 110 020 manat olduğu müəyyənləşdirilib.
Teymur Məhərrəmov zərərçəkənlərin şikayətləri əsasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Teymur Məhərrəmov məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli sayıb.
Məhkəmənin hökmü ilə ona üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Teymur Məhərrəmovun həbsdə saxlanıldığı 11 gün bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Nizamnamə kapitalı 10 manat olan "Marthvvood" MMC 2022-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Teymur İsrail oğlu Məhərrəmovdur. Şirkətin hazırda 7 972,06 manat vergi borcu var.
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












