Şirvanda oğurluq və narkotikə görə 8 nəfər saxlanıldı - FOTO

Şirvan şəhəri ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 5000 manatdan artıq olan metal avadanlıqların oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə faktı törətməkdə şübhəli bilinən Daşqın Mütəllimov, İsmayıl Gözəlov və Əfqan Abbasov müəyyən olunaraq saxlanılıblar. İ.Gözəlovun bir təsərrüfatdan iki baş xırda buynuzlu heyvan oğurlaması da müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə Ramil Zeynalov, Azad Həsənov, Sahib Nuralıyev, Mirabbas Səfərov və Elcan Əmirov saxlanılıblar. Onlardan müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













