Şıxbabalının tikintisinə qərar verildi - Baş planı hazırlanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işğaldan azad olunan 8 yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması məqsədilə 5 şirkətlə 6 satınalma müqaviləsi imzalayıb.
Avtosfer.az xəbər verir ki, bərpa edilməsi nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısında Ağdamın Şıxbabalı və Muğanlı kəndləri də var.
Şıxbabalı kəndindən olan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bu haqda açıqlama verib:
“Artıq Şıxbabalının Baş planı hazırlanır. Ümid edirik ki, gələn ilin sonuna qədər kəndimizə köçəcəyik. Yəni gələn ildən Şıxbabalıya ilk köç başlayacaq.
Qeyd edim ki, Şıxbabalı Qarabağda ən qədim kəndlərdən biridir. Bu qədim yaşayış məskəninin tarixi eramızdan əvvəl IV əsrə qədər gedib çıxır. Kənddə yerləşən Qaratəpə yaşayış məskəni bunun sübutudur.
Kənd 1993-cü ilin iyun ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra yandırılmışdı. Şıxbabalının 12 şəhidi var. 1988-ci ilin fevral ayının 22-də Azərbaycanın ilk iki şəhidindən biri olan (Əli və Bəxtiyar - red.) Bəxtiyar Quliyev Ağdamın Şıxbabalı kəndindəndir, məzarı da oradadır. Kənd qəbiristanlığı ermənilər tərəfindən torpaqdan kürünmüşdür.
Kənddə XVII əsrdə inşa edilmiş məscidin qalıqları var. Qarabağda məşhur olan Seyid Lazım Ağanın yurdu da buradadır.
Görkəmli sovet dövlət xadimi, 10 il Azərbaycan SSR Nazirlər Sovetinin sədri işləmiş Əli İbrahimov da, yazıçı Cahangir Gözəlov da əslən bizim kənddəndir”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












