Sofiyada Bakının “Rəqəmsal əkiz”i layihəsi təqdim olunub - FOTOLAR

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Nəqliyyat Forumu (BNF) və “Eurostat”ın təşkil etdiyi “Məlumatlara əsaslanan qərar qəbuletmənin təşviqi” mövzusundakı konfransda təmsil olunub.
Avtosfer.az xəbər verir ki, tədbirdə 20-yə yaxın ölkənin mütəxəssisləri səmərəli və dayanıqlı şəhər mobilliyi sistemlərinin formalaşdırılmasında rəqəmsallaşmanın rolunun gücləndirilməsinə dair müzakirələr aparıblar. Sessiyalar zamanı iştirakçılar ölkələrinin təcrübələrini bölüşüblər.
Azərbaycan nümayəndə heyəti Bakının “Rəqəmsal əkiz”i mövzusunda təqdimatla çıxış edib. Şəhər mobilliyinin idarə olunması, məlumat inteqrasiyası və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsində bu layihənin rolu vurğulanıb. Təqdimat iştirakçılar arasında böyük maraq doğurub, sürətlə böyüyən şəhərlərdə rəqəmsal texnologiyaların nəqliyyatın planlaşdırılması və monitorinqini asanlaşdırmasına dair uğurlu nümunə kimi qiymətləndirilib.
Tədbir Azərbaycanın rəqəmsal transformasiya və dayanıqlı nəqliyyat istiqamətlərində əldə etdiyi nailiyyətləri bölüşməsi üçün mühüm platforma rolunu oynayıb.




Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












