Son 1 ildə ölkəmizdə sabit genişzolaqlı internetin sürəti artıb

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” mart ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
Avtosfer.az xəbər verir ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,37 Mb/s, mobil internetin median sürəti isə 95,43 Mb/s olub.
Fevral ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 0,10 Mb/s və ya 0,11%, mobil internetin sürəti isə 0,48 Mb/s və ya 0,51% yüksəlib.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 17,75 Mb/s (24,11%), mobil internetin sürəti isə 20,81 Mb/s (27,89%) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












