“Sosial eksperiment” adı altında dələduzluq edildi
Xəbərlər
7 Yanvar 2026 10:41

Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.
Avtosfer.az-ın xəbərinə görə, zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib. Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Mehdiyev Elvin Əvəz oğlu müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxunub : 680
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
ŞƏRH YAZ












