Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı - FOTO

Sosial şəbəkədə dələduzluq yolu ilə vətəndaşlara 22 min manatdan çox ziyan vuran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt sakini olan iki nəfər "Telegram" sosial şəbəkəsində tanımadıqları səhifələrdən onlara mesajlar göndərildiyini və onlayn platformalarda paylaşılan məhsulları bəyənib maddi gəlir qazanacaqları vədi ilə aldadılaraq bank kartlarındakı pul vəsaitlərinin ələ keçirildiyi barədə polisə müraciət ediblər.
Sumqayıt Şəhər Polis İdarəsinin keçirdiyi tədbirlə kiberdələduzluq cinayətlərində iştirak edən 25 yaşlı Xəyal Orucov saxlanılıb. Qeyd olunan hüquqazidd əməllər nəticəsində iki vətəndaşa ümumilikdə 22 min manatdan çox maddi ziyan vurulub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xəyal Orucovla birgə kiberdələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












