"Sport TV"dən UEFA yayımları ilə bağlı iddialara CAVAB

"Sport TV" UEFA yayımları ilə bağlı iddialara aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, telekanal bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, TVNET Platformasına daxil olan "Sport TV", "Sport TV 2" və "TVNET Sport" kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının "Pay-TV" (ödənişli televiziya - kabel TV, IP TV, OTT və s.) üzrə ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir.
Açıqlamada qeyd olunub ki, turnirlərin açıq televiziya (Free-TV / FTA) yayım hüquqları ayrıca paketə daxildir və bu hüquqlar Azərbaycanda ümumrespublika yayımı həyata keçirən digər iki telekanala məxsusdur.
"Qeyd edilən oyunların HORECA (kommersiya nümayiş hüquqları) da tam eksklüziv şəkildə yalnız bu kanallar tərəfindən təqdim olunur", - məlumatda vurğulanıb.
Həmçinin bildirilib ki, restoran, kafe, hotel və digər ictimai məkanlarda UEFA oyunlarının nümayişi yalnız müvafiq kommersiya hüquqları əsasında həyata keçirilə bilər.
"Qeyri-qanuni yayımlar müəllif və əlaqəli hüquqlar haqqında qanunvericiliyin pozulması hesab olunur və hüquqi məsuliyyət yaradır", - deyə açıqlamada qeyd edilib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












