"Spotify" və "Tiktok"un vergi uçotuna alıması nəyə kömək edəcək? - İQTİSADÇI

Xarici rəqəmsal platformaların Azərbaycanda vergi uçotuna alınması ilə bağlı müzakirələr davam edir. “Spotify” və “TikTok” kimi platformaların vergi ödəməsi dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, sözügedən platformaların Azərbaycanda vergi öhdəliklərinin yaranması həm büdcə gəlirləri, həm də istifadəçilərin ödədiyi məbləğlər baxımından müxtəlif suallar yaradır.
Bəs bu platformaların vergi ödəməsi dövlət büdcəsinə nə qədər əlavə gəlir gətirə bilər və gələcəkdə istifadəçilər üçün abunə və ya reklam xərclərinin artmasına səbəb ola bilərmi?
Mövzu ilə iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, bunun mexanizmlərini necə təyin edəcəkləri maraqlıdır:
''Çox güman ki, “TikTok”dan pul qazanan tiktokerlər fərdi sahibkar kimi qeydiyyatdan keçəcək və rəqəmsal kontent istehsalçıları kimi fəaliyyət göstərəcəklər. Onların hansısa reklam müqavilələri və ya platformanın özündən qazandıqları vəsaitləri artıq kommersiya hesablarından, yəni VÖEN hesablarından aparmaları və dövriyyədən vergi vermələri tələb oluna bilər. Və ya hansısa üçüncü şirkət yaradılacaq. Onlar həmin üçüncü şirkətlə müqavilə bağlayacaqlar. Öz mühasibatlıqlarını və vergi prosedurlarını həmin şirkətə autsors edə, yəni həvalə edə bilərlər. Həmin şirkət vəsaiti alıb vergiləri ödədikdən sonra yerdə qalan məbləği tiktokerin hesabına köçürə və özü də bu xidmətə görə müəyyən haqq ala bilər. Nəticə etibarilə, bu qərarın internet üzərindən pul qazanan şəxslərin vergiyə cəlb olunmasına xidmət etdiyi görünür. Amma bunun nə qədər işlək olacağını zaman göstərəcək. Açığı, bunun o qədər də effektiv olması ehtimalı azdır. Çünki yayınma məsələsi ortaya çıxır. Şəxs öz hesabını xaricdə qeydiyyatdan keçirəcəksə və ya xarici bank hesabı üzərindən əməliyyat aparacaqsa, o zaman necə olacaq? Suallar çoxdur. İndi bunun necə müəyyən ediləcəyinə və necə tətbiq olunacağına baxmaq lazımdır''.
Fatimə
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












