Su polisi Xəzər dənizində brokonyerlik edən iki nəfəri saxladı

DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, idarə əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Suraxanı rayonu Qum adası adlanan ərazidə qanunsuz balıq ovu ilə məşğul olan 48 yaşlı Həşim Göyçayev və əvvəllər məhkum olunmuş 41 yaşlı Natiq İsgəndərov saxlanılıblar.
Baxış zamanı onlardan 195 ədəd qanunsuz olaraq ovladıqları balıq, kustar üsulla hazırlanan ov alətləri, xüsusi mühərriklə təchiz edilən qayıq aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












