Süleyman Vəzirov küçəsində yenidənqurma işləri davam etdirilir - FOTO - VİDEO

“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər) aparılan yenidənqurma işləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, uzunluğu 1100 metr təşkil edən sözügedən küçənin hərəkət hissəsinin eni 14 metrdir.
Yenidənqurma işləri çərçivəsində mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası davam etdirilir. Küçə boyu 5 metr enində yeni piyada səkilərinin tikintisi, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri aparılır.
Küçədə avtonəqliyyat vasitələrinin parklanmasını təmin etmək üçün 2.5 metr enində xüsusi parkinq yerləri yaradılıb.
Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan başqa, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforların və siqnal dirəklərinin quraşdırılması işləri son mərhələdə olmaqla icra olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, zəruri yerlərdə yol nişanlarının qoyulması, yolcizgi, yolgöstərici, həmçinin piyada zolaqlarının çəkilməsi ilə küçənin sözügedən hissəsi qısa müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO




















