"Sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü" - Hikmət Hacıyev

ABŞ-nin regionda daha geniş və fəal iştirakı gözlənilir. Həmçinin ABŞ-nin Mərkəzi Asiya və daha geniş Xəzər regionuna münasibətdə yeni geostrateji düşüncəsinin formalaşdığını da müşahidə edirik. Azərbaycan və ABŞ münasibətləri isə tamamilə yeni mərhələyə yüksəlib.
Avtosfer.az xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası təqdirəlayiq rol oynayıb.
“Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü. Onlar bildirdilər ki, sülh gündəliyini dəstəkləyirlər. Nəticə olaraq Prezident Tramp öz siyasi çəkisini bu prosesə yönəltdi”, - deyə Prezidentin köməkçisi bildirib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












