Sumqayıt-Saray yolunda bitməyən tıxaclar: təmir nə vaxt başa çatacaq? - VİDEO

Bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən yeni körpünün yanaşma yollarının genişləndirilməsi işlərinə başlanılıb. Təmirin nə vaxt başa çatacağı, layihənin nəticələri və nəqliyyat axınına təsiri isə son günlərin əsas müzakirə mövzularındandır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, qəzalı vəziyyətdə olan köhnə körpü sökülərək 3 ay ərzində ərazidə yeni 4 hərəkət zolaqlı körpü inşa olunub və istifadəyə verilib:
“Təbii ki, orada yanaşma yollarının da yenidən qurulmasına ehtiyac var idi. Çünki yanaşma yolları iki hərəkət zolaqlı olduğuna görə müəyyən problemlər yaranırdı. Xüsusilə də körpüyə daxil olanda və çıxış zamanı çətinliklər müşahidə olunurdu. Bununla bağlı biz körpünün inşası zamanı təkliflər hazırladıq və aidiyyəti üzrə təqdim etdik ki, yanaşma yollarının da iki hərəkət zolağından dörd hərəkət zolağına genişləndirilməsi zəruridir”.
A.Nəcəflinin sözlərinə görə, yanaşma yollarının genişləndirilməsi davam etdirilir və yaxın aylarda tam başa çatdırılması planlaşdırılır:
“Artıq bir müddətdir həmin təkliflər qəbul olunub, ilkin maliyyə vəsaiti ayrılıb və yanaşma yollarının genişləndirilməsi işlərinə başlanılıb. Hazırda orada svay işləri həyata keçirilir, istinad divarlarının inşası aparılır. Bu işlər tam yekunlaşandan sonra yolun torpaq yatağında yol əsasının tikintisi və asfaltlanma işləri də tərəfimizdən icra olunacaq. Paralel olaraq kommunikasiya xətlərinin köçürülməsi də layihəyə daxil edilib və həyata keçiriləcək.
Yaxın bir neçə ay ərzində işlərin tam olaraq yekunlaşdırılması planlaşdırılır. Layihə yekunlaşandan sonra isə həmin ərazidə nəqliyyatın rahat, təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunacaq”.
Xatırladaq ki, Sumqayıtı Abşeronla birləşdirən Məhəmməd Əsədov küçəsində – dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün inşasına ötən ilin dekabr ayında başlanılıb və tikinti işləri martda yekunlaşdırılıb. 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib.(bakupost.az)
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO










