Sumqayıt-Saray yolunda genişləndirmə işlərinə start verildi - FOTO - VİDEO

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində, dəmir yolu xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün yanaşma yollarının genişləndirilməsi işlərinə start verilib.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, genişləndirmə çərçivəsində mövcud yolların eni artırılaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına çatdırılacaq. Layihəyə əsasən, zəruri sahələrdə istinad divarlarının tikintisi, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün isə piyada səkilərinin inşası nəzərdə tutulur.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən sökülərək, əvəzində 4 hərəkət zolaqlı yeni körpü inşa edilmişdi
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO



















