Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər tutuldu

Yanvarın 6-da Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Quliyev müəyyən olunaraq saxlanılıb.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 145 manat oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Abşeron rayonu ərazisində digər oğurluq hadisəsi isə kafelərin birində baş verib. Naməlum şəxsin kafedən 3660 manatlıq enerji içkisi və 2500 manat dəyərində televizor oğurlaması barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən F.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Hər 3 faktla bağlı araşdırma aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












