Sumqayıtda 2 nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanıldı

Sumqayıtda ötən il iki nəfərin öldüyü partlayış baş verən binada söküntü işlərinə start verilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında 13-cü mikrorayonda yerləşən, 6 blokdan ibarət binanın yaşayış olmayan bir blokunda söküntü işləri aparılır.
Bildirilib ki, binanın üç blokunda yaşayış davam edir, digər üç blokda isə artıq altı aydır sakinlər yaşamır. Hazırda həmin üç blokdan birinin söküntüsü həyata keçirilir, digər iki blokda isə vəziyyətə baxış keçirildikdən sonra müvafiq qərar veriləcək.
Qeyd edək ki, 2023-cü il dekabrın 3-də adıçəkilən binada baş verən partlayış nəticəsində bir ailənin iki üzvü - 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev və onun 2007-ci il təvəllüdlü oğlu Ayxan Ramin oğlu Əliyev həlak olub. Hadisə zamanı 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












