Sumqayıtda sərnişin nəqliyyatdan ŞİKAYƏT- AVTOBUSLAR TƏHLÜKƏLİDİR - FOTO

Bir neçə gündür sosial şəbəkələrdə Sumqayıt şəhərində fəaliyyət göstərən bəzi avtobusların yaratdığı problemlər sakinlər tərəfindən narazılıqlara səbəb olub. Yolun ortasında alovlanan, tüstülənən nasaz avtobuslar sərnişin və sürücülər üçün böyük təhlükəyə çevrilib. Şəhər əhalisinin bir çoxu xətdə buraxılan avtobusların yenilənmə və təmir edilməsini tələb edirlər. Mövzunu araşdırdıqdan sonra məlum olub ki, həmin avtobuslar Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeliyindədir.
Avtosfer.az xəbər verir ki, ajans.az məsələ ilə bağlı, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, son illərdə Sumqayıt şəhərində ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Şəhər sakinlərinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə 250-dən çox yeni, müasir tələblərə cavab verən avtobuslar marşrut xətlərinə buraxılıb.
Bu avtobuslar sərnişinlərin rahatlığını, hərəkətlərin vaxtında və fasiləsiz icrasını təmin etməklə yanaşı, şəhərin ümumi nəqliyyat infrastrukturunun da keyfiyyətini yüksəldib.
Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Şəhərə yeni, ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən avtobusların gətirilməsi planlaşdırılır.
Qeyd edilib ki, yaxın zamanlarda mərhələli şəkildə bütün avtobus parkının yenilənməsi və Sumqayıtın ictimai nəqliyyat sisteminin tam müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur.
Bu addımlar Sumqayıt şəhər İcra Hakimiyyətinin nəqliyyat sahəsində həyata keçirdiyi islahatların davamı kimi, şəhərin dinamik inkişafına və sakinlərin gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.


Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib












