Sumqayıtlı sürücüləri "boğaza yığan" yol nəhayət asfaltlanır - FOTO
Xəbərlər
5 Avqust 2026 17:39

Sumqayıtda sürücülərin narazılığına səbəb olan yollardan biri nəhayət bərpa edilir.
Avtosfer.az-ın məlumatına görə, Sumqayit24.az-a müraciət edən sakin bildirib ki, Heydər Əliyev prospektinin 34-cü məhəllədən keçən hissəsində yeraltı boruların təmiri və yenilənməsi məqsədilə yol qazılmışdı. Uzun müddət asfalt örtüyünün bərpa olunmaması həm hərəkəti çətinləşdirir, həm də ərazidə tıxacların yaranmasına səbəb olurdu.
Vətəndaşın sözlərinə görə, yolun çökmüş hissəsindən keçən avtomobillər dəfələrlə problemlə üzləşib, bəzi nəqliyyat vasitələrinin alt hissəsi zədələnib.
Bu gün isə ərazidə nəhayət asfalt örtüyünün çəkilməsinə başlanılıb və yolun əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər görülür.
Oxunub : 618
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
11 Noyabr 2026 18:32
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
11 Noyabr 2026 18:18
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
ŞƏRH YAZ












