“Sümüklərin düzülüşündən başa düşmək olurdu ki..." - Hindistanlı turistin qalıqlarını tapan danışdı

“Birdən qarşıma “vetnamka” çıxdı. Düşündüm ki, “vetnamka” bura hardan düşüb. Sonra diqqətlə baxdım, insan sümüklərinə rast gəldim. Onda dedim ki, burada nəsə var...”
Avtosfer.az xəbər verir ki, bunu Lent.az-a 3 il əvvəl itkin düşən hindistanlı turistin qalıqlarını aşkar edən Zaqatala sakini bildirib.
Rayonun Mazıx kənd sakini Ruslan Əliyev dağda qarşılaşdığı mənzərəni belə danışıb:
“Biz 4 nəfər idik. Dağa yaylağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə, çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma “vetnamka” çıxdı. Mənə maraqlı gəldi ki, bu bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var”.
R.Əliyev onun əynindəki paltarların çürüdüyünü qeyd edib:
“Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan “vetnamkalar” və kəməri idi.
Sümüklər fındıq ağacının altında idi. Biraz aralıda balaca tonqalın qalıqlarını gördük. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi”.
Kənd sakini deyib ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri-mümkündür:
“Həmin dərə çox çətin reylefdə yerləşir. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və köməkli şəkildə çətinliklə oradan çıxa bildik”.
Ruslan Əliyev sonda bildirib ki, qarşılaşdığı mənzərə ilə bağlı dərhal polisə məlumat veriblər.
Hadisə yerinə gedən polis əməkdaşları qalıqları dağdan düşürüb aidiyyəti üzrə təhvil verib.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










