Suraxanıda gecələr gedən tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində gecə saatlarında tikinti işləri aparılması ilə bağlı məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalist Natiq Muxtarlı sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, məlumat lövhəsi olmadığı üçün inşaat işini hansı şirkətin apardığı məlum deyil:
“Axşam saat 8-də iş başlayır, səhər saat 6-da bitir (bu kadrlar səhərə yaxın, saat 05:00-da çəkilib). Ətrafdakı binaların sakinləri əsl kabus yaşayırlar. Demək olar ki, səs-küydən səhərə qədər yatmırlar”.
Qeyd olunub ki, rəsmi qurumlara müraciətlər də cavabsız qalıb.
Məsələ ilə barədə Suraxanı Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, tikinti ilə bağlı araşdırma başlanıb:
“Sözügedən məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən araşdırma araşdırılıb. Müəyyən olunub ki, qazıntı işləri İ.B.N İnşaat MTK tərəfindən aparılır. Qazıntı işlərinin dayandırılması MTK sahibinə tövsiyə olunub”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












