Suriya Tartus limanı üzərində nəzarəti Rusiyadan geri alır

Suriyanın yeni hökuməti Rusiya ilə Tartus dəniz limanının idarə edilməsi haqqında müqaviləni ləğv edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Tartus əyalətinin gömrük idarəsinin direktoru Riad Cudi "Al-Watan" nəşrinə müsahibəsində bildirib.
Bildirilir ki, Rusiya şirkəti ilə Suriyanın ikinci ən böyük dəniz limanının idarə edilməsi üzrə investisiya müqaviləsi 2019-cu ildə 49 illik müddətə bağlanmışdı.
"Rusiya şirkəti ilə imzalanmış Tartus limanına investisiya müqaviləsi ləğv edilib. Limanın fəaliyyətindən əldə olunan bütün gəlirlər Suriya dövlətinin maraqları üçün istifadə olunacaq. Liman işçiləri avadanlıqların bərpasına qayıdacaqlar", - deyə Cudi vurğulayıb.
Rusiya tərəfi limanın modernləşdirilməsinə 500 milyon dollardan çox vəsait yatırmağı planlaşdırırdı.
Xatırladaq ki, bundan əvvəl Suriya Rusiya, İran və İsraildən mal idxalından imtina edib, bu ölkələrdən gələn məhsullar müsadirə olunacaq.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












