Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO

Avtomobilini kasko sığorta etdirən sürücü qəza nəticəsində yaranan zərərin hesablanması ilə razılaşmır.
Avtosfer.az xəbər verir ki, o, bu ayın 16-da Əmircan qəsəbəsində idarə etdiyi avtomobili ağaca çırpdığını deyib.
Toqquşmadan sonra nəqliyyat vasitəsinin xüsusilə ön hissəsində ciddi zədələr yaranıb. Avtomobili könüllü sığorta edilsə də, indi dəymiş zərəri ala bilmədiyini iddia edir.
Babək Həsənovun sözlərinə görə, qiymətləndirmə zamanı avtomobilə dəyən bütün zərər nəzərə alınmayıb. O, hesablamanın yenidən aparılmasını və real təmir xərclərinin müəyyənləşdirilməsini istəyir.
Məsələ ilə bağlı ''Meqa'' sığorta şirkətinə də müraciət etdik. Şirkətdən bildirildi ki, zərər vətəndaşın razılığı ilə müstəqil ekspert tərəfindən qiymətləndiriləcək və aidiyyəti üzrə icra ediləcək.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












