Sürücü texniki baxışdan keçib, lakin yenə cərimələnir?: Vətəndaşın şikayətinə RƏSMİ MÜNASİBƏT - FOTO

20:19
-----
Baş Dövlət Yol Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata əsasən, məlum olub ki, bu hadisə ilə bağlı araşdırma aparılıb və araşdırmanın nəticəsində məlum olub ki, 28.07.2019-cu il tarixində qeyd olunmuş nəqliyyat vasitəsinin texniiki baxış müddəti bitdiyindən qanunvericilikdə müvafiq qaydada 20 gündən bir nəqliyyat vasitəsinin sürücüsü barədə elektron qərar tərtib olunub.
13:08
------
Oxuculardan biri, idarə etdiyi avtomobili texniki baxışdan keçirdiyi halda barəsində qanunsuz tərtib olunmuş qərarlarla bağlı redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az-a şikayətini bildiriən sürücü Ağayev Şamil qeyd edir ki, idarə etdiyi 90-LC-655 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilini, avqust ayının 15-də Xaçmaz rayon qeydiyyat imtahan-texniki baxış şöbəsinə apararaq texniki baxışdan keçirib. Lakin 5 gündən sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1 ci maddəsi ilə (Nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə) 50 manat cərimə yazılıb. Onun qeydiyyatda olduğu və yaşadığı ünvana elektron qərar çatdırılmadığı üçün bundan xəbərsiz olub. Sürücü bildirir ki, onun barəsində qanunsuz olaraq qəbul olunmuş qərardan xəbəri olmadığına görə hər 20 gündən bir barəsində İXM-nin 339.1-1 ci maddəsi ilə qanunsuz olaraq daha üç qərar qəbul olunub.
O, məsələni aydınlaşdırmaq üçün Dövlət Yol Polisi idarəsinin 902 qaynar xəttinə müraciət edib. Xaçmaz rayon texniki baxış şöbəsindən sürücüyə bildirilib ki, “siz 15 avqust tarixində avtomobilinizi texniki baxış şöbəsinə təqdim edərək dövlət rüsumunu ödəyib texniki baxışdan keçmisiniz. Lakin mobil telefon nömrəniz olmadığına görə avtomobilinizi texniki baxışdan keçirmək mümkün olmayıb”. Sürücüyə daha sonra bildiriblər ki, tərtib olunmuş qərarları ödəyin, ondan sonra avtomobilinizi texniki baxışdan keçirək. Sürücüsü isə bildirib ki, mən ora telefon nömrəmi yox, avtomobilimi texniki baxışdan keçirməyə gəlmişdim.
Sürücü Baş Dövlət Yol Polisi idarəsinin rəhbərliyindən xahiş edir ki, onun barəsində qəbul olunmuş qərarlara xitam verilsin və avtomobilinin texniki baxışdan keçməsi ilə bağlı olan məlumat mərkəzi informasiya sisteminə daxil edilsin.
Təbriz Yusubov
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO













