Sürücülər şəhər mərkəzinə daxil olmaq üçün ödəniş edəcəklər? — AÇIQLAMA

Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Fərman avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi məqsədi daşıyır.
Bu barədə nəqliyyat eksperti Yasin Mustafayev açıqlamasında deyib ki, bu qərar gözlənilən idi:
“Müxtəlif ölkələrdə və böyük şəhərlərdə artıq bu sistem tətbiq olunur. Buna tıxac vergisi də deyirlər. Yəni simvolik olaraq belə adlandırılır. Buradakı məqsəd, sıxlıq olan ərazilərdə, xüsusilə də şəhər mərkəzlərinə avtomobillə girişin ödənişli əsaslarla məhdudlaşdırılmasıdır. Bu sistemə görə, sürücülər şəhər mərkəzinə daxil olmaq üçün müəyyən məbləğ ödəyirlər. Bu da, təbii olaraq, tıxacların azaldılmasına və nəqliyyat axınının tənzimlənməsinə xidmət edir. Eyni zamanda, bu yolla toplanan vəsait xüsusi fonda yönəldilir. Həmin vəsaitin müxtəlif sahələrdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, ictimai nəqliyyatın inkişafı və ekoloji layihələr üçün istifadə olunması nəzərdə tutulur”.(demokrat.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












