Sürücülər tibbi rəy əsasında xəttə buraxılır - FOTOLAR

“BakuBus” MMC-də sürücülərin sağlamlıq vəziyyətinə nəzarət və tibbi yoxlanış prosesi qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun şəkildə həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, sürücülər işə qəbul edilməzdən əvvəl Səhiyyə Nazirliyinin Kollegiyasının 13 dekabr 2012-ci il tarixli, 46 nömrəli qərarı ilə təsdiqlənmiş “İşçilərin icbari tibbi müayinədən keçirilməsi tələb olunan işlərin siyahısı”na əsasən tibbi müayinədən keçirlər.
Bundan əlavə, “BakuBus” MMC-nin sürücüləri daxili qaydalara əsasən, ildə bir dəfə tam kompleks tibbi müayinədən keçirilir. Bu proses zamanı onların ümumi sağlamlıq göstəriciləri ilə yanaşı, narkoloji testlərdən keçməsi də təmin edilir. Sürücülərin reysqabağı tibbi müayinəsi Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq aparılır.
Qaydalara görə, reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması müəyyən edilməlidir. Sağlamlıq vəziyyəti tibbi tələblərə cavab verməyən sürücülərin nəqliyyat vasitəsini idarə etməsinə icazə verilmir.
Avtobus depolarında fəaliyyət göstərən tibb məntəqələri ilkin tibbi yardım vasitələri və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Sürücülər hər gün səhər reysə çıxmazdan əvvəl həkim tərəfindən tibbi müayənədən keçirilir və yalnız müvafiq tibbi rəy əsasında xəttə buraxılır. İkinci növbədə fəaliyyət göstərən sürücülər paytaxtın müxtəlif ərazilərində yerləşən 39 tibb məntəqəsində eyni qaydada tibbi müayinədən keçirlər.
Əgər reysqabağı tibbi müayinə zamanı hər hansı şübhəli hal aşkarlanarsa, həmin sürücü xəttə buraxılmır və bu barədə aidiyyəti tibbi və inzibati qurumlara müvafiq qaydada məlumat verilir.


Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












