Sürücüləri çətin vəziyyətdə qoyan yol: "Arakəsmə var, YOL NİŞANLARI YOXDUR" - VİDEO

Bakının mərkəzi prospektlərindən birində yol nişanlarının qoyulmaması sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, söhbət Ziya Bünyadov prospektinin köməkçi yolundan Böyükşor-Pirşağı istiqamətinə gedən yolla Müzəffər Nərimanov küçəsinin kəsişməsindən gedir.
"Yolda arakəsmə yaradıblar, amma heç bir nişan qoymayıblar. Bu isə qəzaları qaçılmaz edir, xüsusən də gecə saatlarında",- deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında yolda işlərin yekunlaşmadığını bildirib.
"Həmin ərazidə günün pik saatlarında tıxac olduğu üçün nəqliyyat vasitələri bir-birlərinə mane olurlar. Ərazidə nəqliyyat axınını ayırmaq üçün nəzərdə tutulan iki adacıq quraşdırılıb. İşlər hələ yekunlaşmayıb. Yaxın günlərdə ərazidə müvafiq nişanların quraşdırılması və digər məsələlər öz həllini tapacaq və səsləndirilən problem aradan qaldırılacaq", - deyə A.Nəcəfli vurğulayıb.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












