Sürücülük vəsiqəsinə nə vaxt məhdudiyyət qoyula bilər? - EKSPERT açıqladı - VİDEO

Avtomobili idarə etmək üçün tələb olunan başlıca sənəd sürücülük vəsiqəsidir. Lakin bəzi qayda pozuntuları var ki, bunları törədən sürücü müddətli olaraq sürücülük hüququndan məhrum olur. Buna hansı qayda pozuntuları daxildir?
Bəzi sürücülər bilimirlər ki, hansı halda avtomobil idarə etmə hüququndan məhrum ola bilərlər. Məhdudiyyət tətbiq edildikdə isə şikayətlər artır. Bəs, görəsən sürücülər vəsiqədən nə vaxt məhrum olur?
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, ilk növbədə sürücü 20 və daha artıq bal toplayırsa sürücülük hüququ məhdudlaşdırılır, ardınca avtoxuliqanlığa görə ağır cəza olaraq sürücülük hüququndan məhrum etmə cəzası var, spirtli içkinin, narkotik vasitənin təsiri altında olduqda sürücülük hüququ məhdudlaşdırılır. “Əgər avtobus sürücüsüdürsə, spirtli içkilidirsə sürücülük hüququ məhdudlaşdırılır və dərhal həbs olunur. Burada istisna yoxdur.”
Elməddin Muradlının sözlərinə görə, yalnız qəzada deyil, yol nəqliyyat qaydalarını dəfələrlə pozanlara da məhdudiyyət qoyulmalıdır. “Bəzi xətalar var ki, onları il ərzində iki dəfə təkrar törədənə sürücülük hüququndan məhrum etmə tətbiq edilməlidir. Məsələn sürət həddinin ən yüksək həddə artırılması. Məsəl üçün 100 km/saat müəyyən edilmiş yolda 160-180-200 sürəti ilə radara düşürsə və bu il ərzində iki dəfə olursa deməli artıq sürücülük hüququnu məhdudlaşdırmaq lazımdır.”
Qeyd edək ki, ödənilməyən cərimələrə görə də məhdudiyyət tətbiq oluna bilər. Sürücülük vəsiqəsi məhdudlaşdırıldıqdan sonra isə sürücülər vəsiqəni mütləq şəkildə
Dövlət Yol Polisinə təqdim etməlidirlər.
Mövzu ilə bağlı ATV-nin hazırladığı video-süjeti təqdim edirik:
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










