"Sürücüsüz taksi"lər Azərbaycana da gətirilə bilərmi?

Sürücüsüz, yəni avtonom avtomobillər artıq bir çox ölkələrdə sınaq və kommersiya məqsədilə istifadəyə başlayıb. ABŞ, Almaniya, Yaponiya və Birləşmiş Ərəb Əmirliklərində bu texnologiyalar müəyyən zonalarda real şəraitdə test olunur. Hətta bəzi şəhərlərdə taksi xidmətləri belə avtonom rejimdə fəaliyyət göstərir.
Bu texnologiyanın inkişafı süni intellekt, sensor sistemləri və yüksək dəqiqlikli xəritələrin birləşməsi ilə mümkün olub. Lakin belə nəqliyyat vasitələrinin təhlükəsizliyi, hüquqi məsuliyyət və infrastruktur məsələləri hələ də bir çox ölkələr üçün əsas çağırış olaraq qalır.
Azərbaycanda isə bu istiqamətdə hələ ki heç bir addım atılmayıb. Bəs ölkəmizdə bu tip taksilərin fəaliyyəti yaxın perspektivdə gözlənilirmi?
Nəqliyyat eksperti Eldəniz Cəfərov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu cür avtomobillərin ölkəmizdə istifadəsi üçün xüsusi infrastruktur və hüquqi baza yaradılmalıdır:
"Sürücüsüz avtomobillərin ölkəmizdə istifadəsi üçün ayrıca bir infrastruktur yaradılmalıdır. Qanunvericilik ona uyğun dəyişdirilməlidir. Bunlar hələ yoxdur, ona görə də hələ ki, bu tip avtomobillərin ölkədə istifadəsi gözlənilmir."
Ekspertin sözlərinə görə, bu, hüquqi və təhlükəsizlik baxımından müəyyən hazırlıq mərhələsi tələb edir.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












