Sürüşmə nəticəsində dağılmış yol bərpa olunur - FOTO - VİDEO

Lənkəran rayonu ərazisində, başlanğıcını M3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan–Daştatük–Biləsər avtomobil yolunun 3,5–5,5-ci kilometrlik hissəsində sürüşmə nəticəsində dağılmış sahələrin bərpasına başlanılıb.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, bərpa çərçivəsində yol örtüyünün yenilənməsi ilə yanaşı, 250 ədəd svayın quraşdırılması, uzunluğu 540 metr olan istinad divarının və 2500 metr uzunluğunda beton küvetlərin inşası nəzərdə tutulur.
Artıq görülmüş işlər çərçivəsində torpaq işləri yerinə yetirilib, 210 ədəd svay (ümumi uzunluğu 2520 metr) qazılaraq betonlanıb, 300 metr uzunluğunda istinad divarı və 1 650 metr uzunluğunda beton küvetlər tikilib.
Texnoloji ardıcıllığa uyğun olaraq, IV texniki dərəcəyə əsasən bərpa olunan hissədə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunacaq.
Bərpa işləri AAYDA-nın rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və standartlarına uyğun şəkildə vyüksək keyfiyyətlə aparılır. Tərtib olunmuş iş qrafikinə əsasən layihənin vaxtında tamamlanması üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO


















