Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR

Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilir.
Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə forumun açılış mərasimi baş tutub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər, media rəhbərləri, ekspertlər, tanınmış media nümayəndələri, bloqerlər və digər qonaqlar iştirak ediblər.
Forumun diqqətçəkən məqamlarından biri də xatirə şəkli çəkdirilərkən Prezident İlham Əliyevlə səmimi söhbət edən xanım olub. Həmin görüntülər sosial şəbəkələrdə geniş maraq doğurub və xanımın kimliyi ilə bağlı suallar yaranıb.
Avtosfer.az manset.az-a istinadən xəbər verir ki, həmin xanım jurnalistdir. O, "Əl-Ərəbiyyə" TV-də çalışan tanınmış jurnalist, xəbər aparıcısı Layal Əl-İxtiyardır. Layal Əl-İxtiyar daha əvvəl OTV, LBCI və Al Hurra televiziya kanallarında fəaliyyət göstərib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci ildə “Əl-Ərəbiyyə” telekanalının aparıcısı Layal Əl-İxtiyara müsahibə verib.

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












