Tağı Əhmədovun hakim oğlu şikayətinə baxdığı vətəndaşdan şikayətçi oldu

"Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədov xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsinin hakimi olan R.Əhmədov həmin instansiyada şikayətinə baxdığı vətəndaş Mehman Baradovdan şikayətçi olub.
O, şikayətə səbəb kimi M.Baradovun sosial şəbəkələrdə onun ünvanına səsləndirdiyi fikirləri göstərib. 1968-ci il təvəllüdlü təqsirləndirilən şəxs “TikTok”dakı paylaşımlarda Rauf Əhmədovu iş adamı Loğman Zülfüqarlı ilə iş birliyində ittiham edib, eyni zamanda mərhum Tağı Əhmədov barəsində də xoşagəlməz ifadələr işlədib.
Məhkəmədə Mehman Baradov ifadəsində bildirib ki, Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov əsassız və qanunsuz olaraq onun işə bərpa olunmasına dair tələbini təmin etməyib. O, paylaşımları Loğman Zülfüqarlıya məxsus şirkətdən qanunsuz olaraq işdən çıxarıldığı üçün etdiyini deyib:
“Loğman Zülfüqarlı və Rauf Əhmədovun sayəsində 3 ildir işsizəm. Ailə, maddi vəziyyətim nəzərə alınmaqla işə bərpa olunmalı idim. Ailəmi dolandıra bilmirəm. İşə bərpa tələbim təmin olunmadığı üçün “TikTok”da maraq olduğunu düşündüyümdən belə bir paylaşım etdim. Ev şəraitim olduqca acınacaqlıdır, 4 ildir hüquqlarımı bərpa edə bilmirəm. Oğlumun biri qazidir”.
Qeyd edək ki, M.Baradov paylaşımlarında Rauf Əhmədovun Loğman Zülfüqarlıdan rüşvət aldığını iddia edib. Məhkəmənin qərarına əsasən, M.Baradovun azadlığı 2 il müddətinə məhdudlaşdırılıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












