Taksi sürücüləri üçün olan imtahanla bağlı hansı dəyişikliklər olacaq?

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücülərinin imtahanının məzmunu ilə bağlı ciddi dəyişiklik nəzərdə tutulmur.
Bu bardə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan mərkəzindən məlumat verilib.
Bildirilib ki, xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün bu hazırlığın nəticələrinin qiymətləndirilməsi ilə bağlı təşkil olunan imtahanın məzmunu sözügedən hazırlığın proqramına uyğun olaraq tərtib olunur.
"Xüsusi hazırlığın keçirilmə qaydası, proqramı və müddəti Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilib. Hazırda imtahanın məzmunu ilə bağlı ciddi dəyişiklik nəzərdə tutulmur.
Müvafiq qurumlar tərəfindən xüsusi hazırlığı başa vurmuş şəxslərin məlumatları mütəmadi olaraq Dövlət İmtahan Mərkəzinə təqdim olunur. Dövlət İmtahan Mərkəzi tərəfindən isə həmin şəxslərin mümkün olan ən yaxın zamanda imtahana cəlb edilməsi təmin edilir",- deyə DİM-dən əlavə edilib.
Qeyd edək ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 min müəyyən edilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












