Taksi sürücülərinin identifikasiyası üçün SİMA texnologiyasının tətbiqinə başlanıldı

AYNA tərəfindən taksi sifarişi operatorlarının sürücülər üçün istifadə etdiyi mobil tətbiqlərdə üztanıma funksiyasının tətbiqi istiqamətində daha bir mühüm addım atılıb.
SİMA rəqəmsal identifikasiya həlli artıq taksi sifarişi ötürülməsi üçün nəzərdə tutulmuş Bolt, Uber və Yango mobil tətbiqinə inteqrasiya edilib.
Hazırda taksi sektorunda diqqət mərkəzində olan məsələlərdən biri qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərilməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsi hallarının mövcudluğudur. Bolt, Uber və Yango tətbiqinə SİMA texnologiyasının inteqrasiyası bu kimi halların qarşısının alınması istiqamətində mühüm bir addımdır və effektiv nəzarət mexanizmi təqdim edir. Həmçinin sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq baxımından da mühüm əhəmiyyət kəsb edir.
İnteqrasiya nəticəsində artıq Bolt, Uber və Yango mobil tətbiqi üzərindən sifariş alan sürücülər mobil tətbiqdə identifikasiyadan keçərkən SİMA-nın biometriya texnologiyası vasitəsilə öz şəxsiyyətlərini təsdiqləyəcəklər.
Bu funksionallıq bir neçə mərhələdə tətbiq olunur:
- Tətbiqə ilkin qeydiyyat zamanı;
- Sistemə yenidən daxil olduqda (re-login);
- Alqoritm əsasında gün ərzində bir neçə dəfə təsadüfi selfi yoxlamaları zamanı (sifariş tələbi gələn zaman, sifariş davam edirsə, sifarişin tamamlanması gözlənilir).
Bu texnologiyanın tətbiqi, sürücülərin şəxsiyyətini real vaxt rejimində təsdiq etməklə qeyri-qanuni profil istifadəsinin qarşısını almağa, eləcə də ictimai təhlükəsizliyi artırmağa xidmət edir.
Qeyd edək ki, “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA xidməti SİMA Rəqəmsal Həllər Platformasına daxildir və həm dövlət qurumlarına, həm də özəl sektora vətəndaşların şəxsiyyətini dəqiq şəkildə müəyyən etmək imkanı verir. Xidmət üz cizgiləri əsasında biometrik identifikasiya apararaq şəxsin kimliyini təsdiqləyir.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












