Taksi sürücüsünün telefonu müştəriyə verdi: 2200 manat ziyana düşdü - VİDEO

Müştəriyə telefonu danışmaq üçün verən taksi sürücüsü 2 min manatdan çox zərərə düşüb.
Avtosfer.az xəbər verir ki, paytaxt sakini Azər Mehdiyev deyir ki, Xəzər rayonu, Binə qəsəbəsində taksi fəaliyyəti ilə məşğuldur.
Onun qəsəbə daxilində bir neçə dəfə müştəri kimi avtomobilinə əyləşən şəxslə aralarında səmimi münasibət yaranıb. Elə hər şey də burdan başlayıb: ''Mənə dedi ki, telefonu ver, danışıb qaytarıram. Aldı, danışırdı. Mən də maşının içərisini təmizləyirdim. Bir də baxdım ki, yoxdur - aradan çıxıb. Sonra gördüm, 2 saat keçməmişdi -camaat məni axtarır. Nəsə olub, xəstəxanadasan? Dedim, nə olub? Dedilər, mənim adımdan SMS yazılıb. Deməli, kontaktımdakı adamlardan 2200 manat pul yığıb bu adam''.
Sürücü başına gələnlərlə bağlı dərhal polisə müraciət edib. Onun şikayəti əsasında telefonu götürdüyü deyilən İbrahim adlı şəxs saxlanııb. Azər Mehdiyev indi əsasən həmin şəxsin onun adından yazdığı mesajlara inanaraq pul göndərən şəxslərin zərərinin ödənilməsini istəyir.
Vətəndaşın müraciəti əsasında ərazi polis orqanlarında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












