Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO

Artıq bir müddətdir ki, həm sosial şəbəkələrdə, həm də mediada taksi sürücülərinin, eləcə də sərnişinlərin davranışları, sifarişlərlə bağlı ortaya çıxan çətinliklər, eləcə də qiymət və ödəniş üsulları məsələlərində narazılıqların artdığının şahidi ola bilərik. “Xəzər FM”in efirində İlkin Zeynallı taksi xidmətləri ilə bağlı dinləyicilərin tez-tez ünvanladığı sualları cavablandırıb.

Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında məlumat verib. O qeyd edib ki, müsahibə zamanı sifarişlərin yönləndirilməsi, qiymətlərin hesablanması, sürücü və sərnişin təcrübəsi, eləcə də təhlükəsizlik və müştəri dəstəyi müzakirə olunub.
“ - “Bolt” hansı model əsasında fəaliyyət göstərir?
“Bolt” sərnişinləri fərdi sahibkar kimi fəaliyyət göstərən sürücülər və tərəfdaş avtoparklarla əlaqələndirən texnoloji mobillik platformasıdır. Platforma sifarişlərin uyğunlaşdırılmasını, təxmini qiymətin hesablanmasını, ödənişi, təhlükəsizlik alətlərini və müştəri dəstəyini bir sistemdə birləşdirir. Səfər xidmətlərini platforma vasitəsilə fəaliyyət göstərən sürücülər təqdim edirlər. Onlar “Bolt”un əməkdaşları deyil: bəziləri fərdi sahibkar kimi, digərləri isə tərəfdaş avtoparkların sürücüləri kimi fəaliyyət göstərirlər.
-Platforma hansı dəstəyi göstərir?
Platforma sifariş və ödəniş sistemlərinin işləməsini təmin edir, təhlükəsizlik alətləri təqdim edir və sərnişinlərə səfərlə bağlı rəy və şikayətlərini tətbiq vasitəsilə göndərmək imkanı yaradır. Müvafiq komandalar daxil olan müraciətləri araşdırır və təsdiqlənmiş qayda pozuntuları ilə bağlı tədbir görür. Sürücü avtomobili təhlükəsiz idarə etməyə, platforma isə texnoloji dəstək göstərməyə və bildirilən hallara baxmağa cavabdehdir.
-Sifarişi bəzən sərnişindən uzaqda olan sürücü niyə qəbul edir?
Bəzən sifariş ən yaxın sürücüyə deyil, sərnişinin yanına daha tez çata biləcək sürücüyə yönləndirilir. Sistem bunu müəyyən edərkən sürücünün mövqeyi ilə yanaşı təxmini çatma vaxtını, yol şəraitini, xidmət kateqoriyasını və həmin andakı tələb-təklif balansını nəzərə alır. Buna görə sürücü məsafəcə daha uzaqda olsa da, sərnişinə çatma vaxtı daha qısa ola bilər. Məqsəd sərnişinin gözləmə müddətini və sürücünün sifarişsiz qət etdiyi məsafəni azaltmaqdır.
-Qiymətlər necə hesablanır? Sərnişin endirimi sürücünün qazancına təsir edirmi?
Qiymət məsafə, təxmini səfər müddəti, tıxac, hava şəraiti, xidmət kateqoriyası və həmin andakı tələb-təklif balansından asılıdır. Sərnişin sifarişi təsdiqləməzdən əvvəl qiyməti tətbiqdə görür. Sərnişinə təqdim olunan endirim sürücünün qazancını azaltmır. Endirim fərqini “Bolt” kompensasiya edir.
Daha ətraflı aşağıdakı videoda:
Səfər
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












