Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın! - ETX-dən xəbərdarlıq

Son dövrlər dünyada yeni kiberdələduzluq üsulu yayılmaqdadır. Dələduzlar ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.
Bildirilir ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.
Beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edir:
• Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;
• Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın;
• Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun;
• Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;
• Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.
Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin elektron poçt ünvanı [email protected] və ya “1654” qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB












