Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO

Tanınmış aktrisa Rumiyyə Ağayeva “Kontakt” mağazalar şəbəkəsindən aldığı robot tozsoranla bağlı üzləşdiyi problemlərdən danışıb.
Avtosfer.Az Modern.az-a istinadla xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşdığı videoda məhsulun qısa müddət ərzində sıradan çıxdığını, bundan sonra isə zəmanət və kompensasiya məsələsində mağaza ilə anlaşılmazlıq yaşadığını bildirib.
Rumiyyə Ağayevanın sözlərinə görə, o, ötən ilin mayında “Kontakt” mağazalarından birindən “Xiaomi X Pro 20+” markalı robot tozsoran alıb. Aktrisa məhsulu “Qızıl Zəmanət”lə əldə etdiyini və bunun üçün əsas qiymətdən əlavə 300 manatdan çox ödəniş etdiyini deyib.
O bildirib ki, alış zamanı üç il ərzində məhsulda problem yaranacağı təqdirdə onun dəyişdiriləcəyi və ya ödənilən vəsaitin geri qaytarılacağı barədə məlumat verilib.
Aktrisanın iddiasına görə, robot tozsoran 2-3 ay sonra xarab olub. Məhsulu mağazaya təqdim etdikdən sonra ona servisin rəyindən asılı olaraq kompensasiya veriləcəyi bildirilib. Zavod qüsuru təsdiqlənərsə, ödənişin tam, nasazlıq istifadəçinin təqsiri nəticəsində yaranarsa isə 50 faizinin kompensasiya ediləcəyi deyilib.
Rumiyyə Ağayeva qeyd edib ki, daha sonra mağazanın Rasim adlı əməkdaşı servisin yekun rəyini gözləmədən ona yeni “Xiaomi X Pro 5” robot tozsoran götürməyi təklif edib. Aktrisa əməkdaşın sözlərinə inanaraq yeni məhsulu aldığını, kompensasiya məbləğinin isə sonradan həmin alışa yönəldiləcəyini düşündüyünü bildirib.
Onun sözlərinə görə, müəyyən müddət keçməsinə baxmayaraq, mağazadan ona məlumat verilməyib. Aktrisa özü servislə əlaqə saxladıqda əvvəlki tozsoranın təmir edildiyini və məhsulda zavod qüsurunun aşkarlandığını öyrənib.
Bundan sonra mağazaya kompensasiya üçün müraciət edən Rumiyyə Ağayevaya köhnə məhsulun hazır olduğu və onu geri götürə biləcəyi bildirilib.
Aktrisa isə artıq mağaza əməkdaşının təklifi əsasında yeni robot tozsoran götürdüyünü əsas gətirərək əvvəlki məhsulu qəbul etmək istəmədiyini deyib.
Onun iddiasına görə, mağazanın Uğur adlı əməkdaşı əvvəlcə belə bir təklifin verilməsinin mümkün olmadığını bildirib. Aktrisa telefon danışıqlarının araşdırılmasını tələb etdikdən bir neçə saat sonra onunla yenidən əlaqə saxlanılıb və əməkdaşın səhvə yol verdiyi etiraf olunub.
Rumiyyə Ağayeva bildirib ki, buna baxmayaraq, ona kompensasiya əvəzinə yalnız növbəti alış zamanı istifadə edə biləcəyi 50 manatlıq kupon təklif edilib.
Aktrisa mağaza əməkdaşının verdiyi məlumata əsasən yeni məhsul götürdüyünü vurğulayaraq yaranmış vəziyyətdən narazılığını ifadə edib.
Rumiyyə Ağayeva həmçinin yeni aldığı “Xiaomi X Pro 5” robot tozsoranda da problem yarandığını bildirib.
Qeyd edək ki, səsləndirilən fikirlər aktrisanın iddialarıdır. Məsələ ilə bağlı “Kontakt” mağazalar şəbəkəsinin mövqeyi açıqlanmayıb.
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI










