Tanınmış hüquq müdafiəçisi ədliyyə işçilərinin peşə bayramını təbrik etdi

Milli Məclisin eks-deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Avtosfer.az təbrikin mətnini təqdim edir:
“Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Ulu öndər Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci ildə imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin ilk əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Azərbaycan Respublikasının Ədliyyə İşçilərinin Peşə Bayramı günü təsis edilmişdir.
Hazırda Ədliyyə Nazirliyinin bütün strukturlarında yeni islahatlar aparılır. Ədliyyə Nazirliyinin rəhbərliyi və digər qurumlara rəhbərlik edən şəxslər yenilənmiş və gənc kadrlara daha çox üstünlük verilmişdir. Ədliyyə işçilərinin peşə bayramı münasibətilə ədliyyə naziri cənab Fərid Əhmədov başda olmaqla ədliyyə sahəsində çalışan bütün şəxslərə ən xoş arzularımı bildirir, onlara bu çətin və müqəddəs işdə müvəffəqiyyətlər arzulayıram. Bayramınız mübarək olsun!”
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












