Tanınmış xanım müğənni axtarışa verildi - DƏLƏDUZLUQ və MƏHKƏMƏDƏN YAYINMA

Müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yenidən axtarış elan olunub.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, müğənni təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30-a təyin edilmiş məhkəmə iclasında iştirak etməyib və məhkəmədən yayınıb.
D.Əsədovanın məhkəmədən yayınmasına görə onun barəsində axtarış elan edilməsi ilə bağlı vəkil Asim Abbasovun vəsatəti təmin edilib, məhkəmənin qərarı ilə onun barəsində axtarış verilib.
Qeyd edək ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədova barəsində axtarış elan edilib.
Məlumata görə, D.Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşlara böhtan atdığı üçün digər maddələrlə məhkum edilib.
Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədovanın təqsirləndirlən şəxs olduğu dörd ayrı-ayrı cinayət işi var.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












