Tanış olduğu lazeroloq qadını öldürmək istədi: Həbs edildi

Bakıda tanışı olan lazeroloq qadını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
İttihama görə, Samir Həsənov tanışı Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisəyə görə onu döyərək, müxtəlif bədən xəsarətləri yetirib.
C. Çələbiyeva bununla bağlı polisə şikayət edib. S. Həsənov saxlanılıb.
Daha sonra S. Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində C. Çələbiyevanın lazeroloq kimi çalışdığı Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gözəllik salonuna gələrək, kəsici-deşici alətlə ona müxtəlif xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan C. Çələbiyevanı xilas etmək mümkün olub.
Təqsirləndirilən S. Həsənov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












