“Tarqovı”da şəkil çəkən oğlan həbs edildi

Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail rayonunun Nigar Rəfibəyli küçəsində - Fəvvarələr Meydanının yaxınlığında müvafiq icazəsi və sənədləri olmadan küçədə fotoqraflıq edən 2001-ci il təvəllüdlü F.Kərimov (şərti) saxlanılıb. Bu zaman onun aqressiv reaksiyalar verərək müqavimət göstərdiyi, uca səslə söyüş söyərək tabesizlik etdiyi bildirilib.
İctimai asayişi pozan şəxs barəsində Səbail RPİ-nin 9-cu Polis Bölməsində protokol tərtib edilib və məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsində keçirilən iclasda 24 yaşlı fotoqraf küçə ticarəti üçün müvafiq icazə alınmalı olduğunu bilmədiyini deyib və ictimai asayişi pozduğuna görə peşman olduğunu bildirib.
Məhkəmə onu xırda xuliqanlıq əməlində təqsirli bilərək 4 sutkalıq inzibati həbs verib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












