Taunla bağlı qorxulu ssenari: Azərbaycanda risk var?

Rusiyanın İrkutsk vilayətində Vəba ilə Mübarizə İnstitutunun laboratoriya əməkdaşının naməlum pnevmoniyadan ölməsi və onunla təmasda olan şəxslərin nəzarətə götürülməsi taunla bağlı narahatlıqları yenidən gündəmə gətirib. Hadisədən sonra sosial şəbəkələrdə taunun Rusiyada yayıldığı və epidemiyaya çevrilə biləcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilib.
Taunun əsas əlamətləri hansılardır? Azərbaycana keçməsi ehtimalı varmı?
Avtosfer.az xəbər verir ki, Demokrat.az-a bu barədə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, taunun tarixdə, insanlıq tarixində çox böyük pandemiyaları olub və həmin pandemiyalarda on milyonlarla insan dünyasını dəyişib:
"Taun "Yersinia pestis" bakteriyası tərəfindən törədilən zoonoz, yəni heyvani mənşəli infeksiyadır. Onun əsas rezervuarları gəmiricilərdir. Susliklər, siçovullar və s. Bundan başqa, bəzən dovşanlarda və ev heyvanları olan dəvələrdə də taunun aşkarlandığı hallar var.
Ümumiyyətlə, taun insana həmin heyvanları dişləyən birələr vasitəsilə yoluxur. Yoluxmuş birə ölənə qədər 10 nəfərə yaxın insanı yoluxdura bilər. Məsələ burasındadır ki, tarixdə də taunun yayılmasında birələrin rolu çox böyük olub. Həmin dövrdə, əlbəttə ki, insanlar xurafata inanırdılar. Dindarlar və dini şəxslər çimməyin düzgün olmadığını deyirdilər və nəticədə birələr bu infeksiyanın yayılmasında xüsusi rol oynayırdı. Yəni həmin pandemiyalarda xurafatın da rolu çox olub. Ümumiyyətlə, taunun üç forması var. Adətən bubon forması daha çox tanınır. "Bubon" yunanca "qasıq" deməkdir. Bu forma qasıq limfa düyünlərinin şişməsi, irinləməsi və partlaması ilə müşahidə olunan xəstəlikdir. Orta əsrlərdə bu forma geniş yayıldığı üçün bubon taunu adlandırılıb. Amma limfa düyünləri təkcə qasıq nahiyəsində deyil, qoltuqaltında, çiyində və digər nahiyələrdə də böyüyüb şişə bilər. Bu, infeksiyanın orqanizmə daxil olduğu yerdən asılıdır. İrinləyən və dağılmış limfa düyünlərindən xaric olan möhtəviyyat da yoluxucu ola bilər. Sonra ağciyər forması var. Bu forma hava-damcı yolu ilə yoluxur. Digər forma isə septik taundur. Bakteriya qana düşdükdə çox sürətlə artıb-çoxalır və septik şok yarada bilər".
Professor əlavə edib ki, antibiotiklər, xüsusilə də streptomisin kəşf olunana qədər taun 95-98 faiz hallarda ölümlə nəticələnirdi:
"Yəni tauna yoluxan insanların demək olar ki, hamısı həyatını itirirdi. Antibiotiklərin tətbiqindən sonra isə bunun qarşısını almaq mümkün oldu. Nəzərə alsaq ki, infeksiyanın çox sürətlə yayılmaq potensialı var, əgər bu, geniş yayılsa və pandemiya şəklini alsa, baxmayaraq ki, bu gün tibbin arsenalında kifayət qədər antibiotik var, yenə də böyük tələfatın olması gözlənilə bilər. O baxımdan infeksiya təhlükəlidir. Hər il taunun xırda ocaqları, yoluxma halları olur və onların qarşısı alınır. Ölüm halları da qeydə alınır. Azərbaycanda da taunun təbii rezervuarları var. Yəni bizdə infeksiyanın olması və Rusiyadan keçməsi tamamilə realdır. Əgər pandemiya başlasa, təbii ki, bu da real riskdir. Nə qədər soydaşımızın Rusiyada yaşadığını nəzərə alsaq, məsələyə ciddi yanaşmaq lazımdır. Bu məsələyə ciddi yanaşılmalıdır. Çünki bunun təxribat, hətta hərbi təxribat olma ehtimalı da istisna edilə bilməz. Bu, Rusiya-Ukrayna müharibəsinin istiqamətini dəyişmək üçün bir təxribat da ola bilər və s. Ona görə diqqətli olmaq və məsələyə ciddi yanaşmaq tələb olunur".
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












