Tbilisi-Batumi avtomobil yolu cari ildə tam istifadəyə veriləcək

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) strateji əhəmiyyətinin artması fonunda region ölkələrinin yol-nəqliyyat infrastrukturunun modernləşdirilməsi prosesi sürətlənib. Bu çərçivədə Gürcüstan Respublikası da həm beynəlxalq, həm də yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulmasını həyata keçirir.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Revaz Soxadze bəyan edib.
Nazir vurğulayıb ki, Gürcüstan irimiqyaslı yol infrastrukturu layihələrini icra etməklə qlobal logistika zəncirində etibarlı və rəqabətədavamlı tranzit tərəfdaşı statusunu regional səviyyədə bir daha təsdiqləyir.
R.Soxadzenin sözlərinə görə, ölkə daxilində eyni vaxtda bir neçə strateji yol layihəsinin tikintisi davam etdirilir. Strateji əhəmiyyət kəsb edən Tbilisi-Batumi sürətli avtomobil yolunun cari ilin sonunadək tam həcmdə istismara verilməsi nəzərdə tutulur. Bununla yanaşı, Kaxeti regionu istiqamətində tikinti işləri fəal fazaya qədəm qoyub. Həmçinin beynəlxalq tranzit yükdaşımalarının optimallaşdırılması və paytaxtın nəqliyyat yükünün azaldılması baxımından xüsusi çəkiyə malik olan Tbilisi dolama avtomobil yolunun inşasına başlanılır.
Nazir regional logistikaya təsir edəcək digər layihələrə də toxunaraq, Sarpi tuneli layihəsinin icra ediləcəyini, regionun mürəkkəb relyefə malik mühəndislik strukturlarından sayılan Kobi-Kveşeti və Qveleti-Lars yol hissələrinin tikintisinin isə hazırda fəal şəkildə davam etdirildiyini diqqətə çatdırıb./xalqezeti
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












